Sudan XİN başçısı: Azərbaycanın qonşu dövlətlərlə sülh içində yaşadığını görmək sevindiricidir

Ermənistanla Azərbaycan arasında sülhün
bərqərar olmasını görməkdən çox məmnunuq.
Crossmedia.az xəbər verir ki, bunu
ABŞ bürosuna açıqlamasında Sudanın xarici işlər naziri Mohieldin Salim Ahmed
İbrahim deyib.
Nazir bildirib ki, Azərbaycan və Sudan
arasında münasibətlərin tarixi qədimdir:
"Bizim Azərbaycanla uzun illərə
dayanan çox yaxşı münasibətlərimiz var. Bir neçə gün əvvəl yüksək səviyyəli
nümayəndə heyəti ilə Azərbaycanda keçirilən toplantıda iştirak etdik.
Azərbaycanın qonşu dövlətlərlə sülh içində yaşadığını görmək sevindiricidir.
Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasından çox məmnunuq.
Ümumiyyətlə, Sudanda biz hər zaman sülhün tərəfdarıyıq. Hesab edirəm ki, harada
sülh varsa, bu, bizim üçün böyük əhəmiyyət daşıyır. Ona görə də biz bütün
qonşular arasında sülhün olmasını arzulayırıq".
XİN başçısı vurğulayıb ki, Azərbaycan
bir çox sahələrdə qabaqcıl təcrübəyə malikdir və Sudan bu təcrübədən
yararlanmaq niyyətindədir:
"Azərbaycanla münasibətləri geniş
şəkildə, müxtəlif sahələrdə inkişaf etdirmək istəyirik. Çünki sizin ölkəniz
kənd təsərrüfatı, mədənçilik, neft və digər sahələrdə qabaqcıl təcrübə və
texnologiyalara sahibdir. Gələcəkdə bu istiqamətlərdə birgə əməkdaşlıqda
maraqlıyıq".
Nazir, həmçinin, Azərbaycan hökumətinin
sudanlı tələbələr üçün yaratdığı təhsil imkanlarına görə təşəkkürünü ifadə
edib:
"Ölkənizdəki müxtəlif
universitetlərdə çox sayda sudanlı tələbənin təhsil almasına şərait
yaratdığınız üçün Azərbaycana minnətdarıq. Onlar hazırda Sudanın inkişafına
töhfə verirlər. Mən özüm gənc tələbə ikən Moskvada oxuyurdum və həmin vaxt
Bakıya səfər etmişdim. Orada təhsilini bitirən bir sıra sudanlı tələbələrin
məzun mərasimində iştirak etdim. Onlar indi Sudanda həkim, mühəndis və dövlət arəçiliyi
də daxil olmaqla müxtəlif sahələrdə tanınmış simalardır. Biz sizə və ölkənizə
bunun üçün minnətdarıq".(Report)
19:59 27.09.2025
Oxunuş sayı: 1283