ABŞ-nin Bakıdakı səfirliyi Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad edib

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanda 27 Sentyabr - Anım Günü
ilə bağlı paylaşım edib.
Crossmedia.az xəbər verir ki, bu barədə
səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Azərbaycanın Anım Günündə
on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların
xatirəsini yad edirik. Avqustun 8-də Vaşinqtonda Cənubi Qafqazda yeni bir
mərhələnin başlanğıcının şahidi olduq və ABŞ bölgədə daimi sülhün möhkəmlənməsi
üçün səylərini davam etdirəcək.
Birləşmiş Ştatların Bakıdakı
səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin
hüznlə başsağlığı verir", - paylaşımda bildirilib.
17:52 27.09.2025
Oxunuş sayı: 1461