Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar
Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edir.
Crossmedia.az xəbər verir ki, 27 sentyabr - Anım Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
09:39 27.09.2025
Oxunuş sayı: 4177