Anım günü münasibətilə II Şəhidlər Xiyabanı ziyarət edilir
Bu gün Vətən müharibəsinin başlamasından 5 il ötür.
Crossmedia.az xəbər verir ki, səhər saatlarından başlayaraq Vətən müharibəsi şəhidlərini yad etmək üçün II Şəhidlər Xiyabanı ziyarət edilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
09:29 27.09.2025
Oxunuş sayı: 3874