TBMM sədri Azərbaycanla Ermənistanın vasitəçisiz təmas qurmasının önəmindən bəhs edib

Gürcüstanın 1Tv.ge televiziya kanalı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ən mötəbər beynəlxalq platformaların
birindən – BMT Baş Assambleyasının tribunasındakı çıxışından geniş material
yayıb.
Crossmedia.az Anadolu-ya istinadən xəbər
verir ki, ingilis dilində yayımlanan 17 dəqiqəlik videomaterialda, eləcə də
gürcü dilində dərc olunmuş xəbərdə dövlətimizin başçısının dünyaya çağırışı
barədə məlumat verilir.
Materialda deyilir ki, Azərbaycan Prezidenti çıxışında
ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun
aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin
olunduğu bir dünyanın qurulmasının zəruriliyini dilə gətirdi.
Azərbaycan Lideri bu tribunadan ölkəmizin baxışlarını,
prioritetlərini bəyan etdi: Beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf,
dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq.
Qeyd olunur ki, Prezident İlham Əliyevin Baş
Assambleyadakı çıxışı həm də tarixi bir an idi. Çünki Azərbaycan Lideri vaxtilə
ölkəmizin işğal, təcavüz və ədalətsizliyə məruz qaldığını bəyan etdiyi
tribunada indi işğala necə son qoyduğumuzu və sülhü siyasi vasitələrlə necə
təmin etdiyimizdən danışdı.
Eyni zamanda, materialda Azərbaycan Prezidentinin
enerji təhlükəsizliyinin sülh, regional inteqrasiya və iqtisadi inkişafla bağlı
olması barədə fikirləri qeyd olunur, Azərbaycanın bu məqsədlərə nail olmaqda
fəal rol oynamaqda davam etdiyi vurğulanır.
İnanırıq ki, Azərbaycanla Ermənistan arasında birbaşa təmasların başlaması araya girən xarici ünsürlərin fitnə-fəsad yaratmasına imkan verməyəcək.
Crossmedia.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan,
Türkiyə və Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası dostluq
qruplarının ikinci üçtərəfli toplantısı çərçivəsində nümayəndə heyətlərini
qəbul edərkən deyib.
O bildirib ki, Azərbaycanın Qarabağı işğaldan azad
etməsi ilə Cənubi Qafqazda ciddi formada dəyişikliklər meydana gəlib.
ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycanla
Ermənistan arasında normallaşma prosesinin başlanmasının və imzalanan birgə
bəyannamənin tarixi önəminə toxunan Kurtulmuş Cənubi Qafqazda xarici qüvvələrə
ehtiyac olmadan region xalqlarının bir arada, sülh içində yaşaya biləcəklərinə
ümidini ifadə edib:
"İnanırıq ki, Azərbaycanla Ermənistanın artıq
birbaşa təmaslar qurması xüsusilə diaspordan güc alan bəzi qrupların
Ermənistanı səhv istiqamətə yönəltməsinin qarşısını alacaq. Sonuna qədər bu
normallaşmaya dəstək verdiyimizi bir daha ifadə etmək istəyirəm. Ümid edirik
ki, Azərbaycanla Ermənistan arasındakı normallaşma Türkiyə ilə Ermənistan
arasındakı normallaşmanın da qapısını açacaq".
21:18 26.09.2025
Oxunuş sayı: 1124