Cənubi Qafqaz Xəzərdə ən böyük qaz ehtiyatlarına sahibdir
Bakı şəhərində keçirilən tədbirdə “NAANS-Media” şirkətinin icraçı direktoru Tamara Safonova bildirib ki, Xəzər dənizində ən böyük qaz ehtiyatları Azərbaycan payına düşür.
Crossmedia.az bildirir ki, onun sözlərinə görə, ümumi ehtiyatların 34 faizi Azərbaycana məxsusdur:
“2024-cü ilin nəticələrinə görə isə Xəzəryanı ölkələr arasında ən iri neft və qaz-kondensat ehtiyatları Qazaxıstanda cəmlənib – 33%. Azərbaycan 29% göstərici ilə ikinci yerdədir. Sonrakı sıralamada İran 21%, Türkmənistan 12% və Rusiya 5% paya sahibdir”.
Fidan Xəlilova
11:54 26.09.2025
Oxunuş sayı: 2556