Ceyhun Bayramov Nyu-Yorkda BQXK-nin prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT
Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç
Komitəsinin (BQXK) prezidenti ilə Miryana Spoljaric ilə görüşüb.
Crossmedia.az xəbər verir ki,görüşdə
Azərbaycan-BQXK əməkdaşlığı və gələcək əməkdaşlıq imkanlarının araşdırılması
müzakirə olunub.
C.Bayramov itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səylərinin vacibliyini qeyd edib.


05:55 25.09.2025
Oxunuş sayı: 3566