Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb

Sentyabrın 24-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının
baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü olub.
Crossmedia.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla ABŞ
arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması, hazırda
iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğu
bildirildi.
Azərbaycanla Amerika Birləşmiş Ştatları
arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi
Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn
enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair
müzakirələr aparıldı.
Azərbaycanın və ABŞ-ın biznes dairələri
arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunuldu, turizm sahəsində
əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edildi.
Kuş Çoksi biznes imkanlarının
dəyərlərindirilməsi üçün geniştərkibli heyətlə tezliklə Azərbaycana səfər etmək
niyyətində olduğunu bildirdi.
22:08 24.09.2025
Oxunuş sayı: 770