Tramp: 7 ay ərzində Bakı və İrəvan arasında qarşıdurma da daxil olmaqla 7 münaqişəni dayandırdım

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ikinci prezidentlik müddətinin yeddi ayı ərzində Azərbaycan və Ermənistan arasındakı qarşıdurma da daxil olmaqla yeddi münaqişəni həll edə bilib. O, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
"Yeddi ay ərzində yeddi sonsuz müharibəni bitirdim. Təxminən 31 il, biri 36, digəri 28. Burada söhbət Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişələrdən gedir", - Tramp qeyd edib.
ABŞ Prezidenti qeyd edib ki, BMT bu məsələdə heç bir köməklik göstərməyib. (report)
18:40 23.09.2025
Oxunuş sayı: 1051