Cənubi Çin dənizində Çin-Filippin ərazi mübahisəsi

10 sentyabrda Çin Dövlət Şurası Cənubi Çin dənizindəki Huanýan adasında milli təbii qoruq yaradılmasını təsdiqləyib və beləliklə, öz iddialarını bir daha qüvvətləndirib.
Crossmedia.az xəbər verir ki, bu qərara Filippinlər rəsmi bəyanat yayıb:
Masinlok resifi Filippinlərin tarixi torpağıdır və Manila burada suverenlik və yurisdiksiyaya malikdir. Filippinlər həmçinin öz ərazisində və ətrafdakı dəniz bölgələrində ekoloji qoruqlar yaratmaq hüququna malikdir.
Filippinlər Çin tərəfinin bu qanunsuz hərəkətinə rəsmi diplomatik nota göndərəcək, çünki bu addım beynəlxalq hüquqda Filippinlərin hüquq və maraqlarını pozur.
Filippinlər Çini Masinlok resifi üzərində Filippinlərin suverenliyini və yurisdiksiyasını hörmət etməyə, qoruq yaratma qərarından imtina etməyə və 1982-ci il BMT Dəniz Hüququ Konvensiyası (UNCLOS), 2016-cı il Cənubi Çin Dənizi arbitrajının yekun və məcburi qərarı və 2002-ci il Cənubi Çin Dənizində tərəflərin davranışı üzrə Bəyannaməyə (DOC) uyğun davranmağa çağırır
15:22 16.09.2025
Oxunuş sayı: 633