Netanyahu Qətərdə HƏMAS rəsmilərinə zərbədən əvvəl Trampa xəbər verib

Üç yüksək vəzifəli İsrail rəsmisinin açıqlamasına görə, İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı günortadan sonra ABŞ prezidenti Donald Trampa zəng edərək Qətərdə HƏMAS liderlərinə qarşı planlaşdırılan hücum barədə 45 dəqiqə əvvəl məlumat verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, əgər Tramp etiraz etsəydi, əməliyyat həyata keçirilməyəcəkdi.
Lakin Ağ Ev rəsmiləri açıqlama verərək qeyd ediblər ki, ABŞ hücumdan yalnız öz ordusu vasitəsilə xəbər tutub və İsrail rejimindən birbaşa xəbərdarlıq almayıb.
Netanyahunun ofisi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
15:05 16.09.2025
Oxunuş sayı: 674