Malayziya Baş naziri: İsrailə qarşı ticarət və diplomatik əlaqələr kəsilməlidir

Malayziyanın Baş naziri İsrailin təcavüzkar siyasətinə qarşı sərt bəyanat verib. O bildirib ki, təkcə qınama ilə vəziyyəti dəyişmək mümkün deyil: "İsrail ilə ticarət və diplomatik əlaqələr kəsilməlidir."
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"Sadəcə qınama hücumları dayandırmaz və Fələstini xilas etməz; İsrailə sanksiyalar tətbiq olunmalıdır."
Qətərdə İsrailin hücumlarına qarşı keçirilən beynəlxalq konfrans fonunda, İsrail Livanın cənubundakı Yatr bölgəsinə hava zərbələri endirib.
15:01 16.09.2025
Oxunuş sayı: 725