ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırdı – Finlandiya səfirindən açıqlama

Finlandiyanın Cənubi Qafqaz ölkələrindəki səfiri Kirsti Narinen bildirib ki, ATƏT-in Minsk qrupu uzun müddət fəaliyyətsiz və faydasız bir struktur olub. Onun sözlərinə görə, bu qurum sadəcə mövcud idi, lakin praktikada heç bir real çalışma etmirdi.
Crossmedia.az bildirir ki, səfirin açıqlamasına əsasən, Azərbaycan və Ermənistan hökumətləri onun buraxılması ilə bağlı birgə qərar qəbul ediblər və ATƏT də bu müraciəti məmnuniyyətlə dəstəkləyib. Diplomat həmçinin qeyd edib ki, iki xalq arasında tam barış üçün zamana ehtiyac var.
Xatırladaq ki, 1 sentyabrda ATƏT Nazirlər Şurası Minsk prosesi və onunla bağlı strukturların bağlanması barədə qərar qəbul edib. Qeyd edək ki, 2025-ci ildə ATƏT-ə sədrliyi Finlandiya həyata keçirir.
Mehriban
16:42 15.09.2025
Oxunuş sayı: 850