CROSSMEDIA - Nazir: "Paris Sazişinin 6-cı Maddəsi ilə bağlı artıq müsbət nəticələrimiz var"
Gündəm

Nazir: "Paris Sazişinin 6-cı Maddəsi ilə bağlı artıq müsbət nəticələrimiz var"

Paris Sazişinin 6.4-cü Maddəsinin müzakirəsində artıq müsbət nəticələr əldə olunub.

Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Düşünürəm ki, artıq Maddə 6.4 üzrə ilk müsbət nəticələrimiz var. On ildən çox idi ki, ümumi həll yolu tapmaq mümkün olmurdu. Bakıda COP-un işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəliblər. Bu da onu göstərir ki, səylərimizi birləşdirəndə qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilərik", - o bildirib.

11:11 13.11.2024

Oxunuş sayı: 4454

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR