Rusiya- Ukrayna müharibəsi genişlənir, ABŞ Avropanı hədələyir - Azərbaycan prosesdən necə qazanclı çıxacaq?

Dünya iqtisadiyyatı və Azərbaycan (Layihənin müəllifi Rüfət Quliyevdir)
Rusiya- Ukrayna müharibəsi təkcə siyasi və hərbi təsirləri ilə yadda qalmır. Dünya iqtisadiyyatında da çox ciddi proseslər baş verir. Sanksiyalar heç də raketlərdən az təsir gücünə malik deyil. Xəbərdarlıqlar və təhdidlər isə havada uçuşur. ABŞ Prezidenti Donald ramp vəd etdiyindən fərqi olaraq hələ ki, müharibəni dayandıra bilmir. Ümumiyyətlə, həm rəsmi Moskvadan, həm də Kiyevdən verilən açıqlamalar gösərir ki, tərəflər sülhə hazır deyil. Vaşinqton da, deyəsən, tədricən bununla barışır.
Sonu görünməyən savaşın təsirləri barədə Milli Məclisin IV çağırış deputatı (III, IV, V,VI), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-ın suallarını cavablandırıb.
- Rüfət müəllim, davam edən müharibə Rusiya iqtisadiyyatına necə təsir edir?
- Rusiyanın ən böyük bankı olan “Zberbank”ın rəhbəri German Qref son çıxışlarında deyib ki, ölkə iqtisadiyyatı texniki stoqnasiyaya keçib. Onun sözlərinə görə, son altı ayda iqtisadiyyatın geriləməsi görünürdü: “Çox güman, Rusiya iqtisadiyyatının artımı sıfıra yaxınlaşır. Bu isə o deməkdir ki, ölkədə inkişaf yoxdur”. German Qref bu açıqlamanı iki gün əvvəl verib. İlk dəfədir ki, o, Rusiya iqtisadiyyatının nəticələri barədə belə radikal danışır. Bu, çox təhlükəli makroiqtisadi göstərici və proqnozdur. Çünki istənilən dövlətin iqtisadi artımı ən birinci makroiqtisadi göstəricidir. Artıq Rusiyada da razılaşırlar ki, dövlət büdcəsinin yarısı Ukraynadakı müharibəyə gedir. Bu göstərici getdikcə artır.
- Rusiyanı iqtisadiyyatının geriləməsini dayandırmaq üçün nə etmək lazımdır?
- Bunun üçün mərkəzi bankın uçot dərəcəsi azalmalıdır. Bu rəqəm 14 faizə düşməsə iqtisadiyyatda canlanma olmayacaq. 12 dərəcədən aşağı düşsə, proses daha sürətli gedər. Ən böyük problem kredit siyasəti ilə bağlıdır. Bu, ölkə iqtisadiyyatının bütün seqmentlərində hiss olunur. Rusiyanın ən böyük sahibkarlar qrupunun rəhbəri Aleksand Şoxin bildirib ki, ya bu il, ya gələn il mərkəzi bankın uçot dərəcəsi 10-12 faizə düşməlidir. Bu, iqtisadiyyata nəfəs versə də, inflyasiyasının qarşısını almayacaq. İqtisadiyyat naziri Maksim Reşetnikov isə söyləyb ki, bütün nəhəng zavod və fabriklərin borcları var və bu borcları artıq qarşılamaq mümkün deyil. Bu da vəziyyətin gərgin olmasına siqnaldır. Dövlət büdcəsinin 50 faizindən çoxu müharibəyə getsə də, hərbi büdcənin 62 faizin hara sərf olunduğu açıqlanmır. Bu da maraqlı məqamdır. Qərbin sanksiyalarının nəticələri özünü aydın şəkildə göstərir. Rus neft və qazının qiymətinin süni şəkildə aşağı salınması buna bariz nümunədir. Artıq ABŞ üçüncü ölkələrə, o cümlədən Hindistana müraciət edir ki, Rusiyadan neft – qaz almasın. Amma Hindistan Rusiyadan neft alışını üç dəfə artırıb. Hərçənd ucuz alır və emal edəndən baha satır. Nəticədə iki- üç qat qazanır. 2025-ci ildə Rusiya büdcəsinin defisiti 5 trilyon rubla- rekord həddə gəlib çatıb. Rəsmi statistikaya iyul ayında Rusiyanın nağd pulların həcmi tarix maksimuma- 12 trilyon rubla çatıb. Ekspertlərin fikincə, bu, Rusiya cəmiyyətini yaxın gələcəkdəki problemlərə daha rahat hazırlaşmaq üçündür. Rusiya iqtisadiyyatı çox ağır vəziyyətdədir. Heç bir inkişaf yoxdur. Hərbi yolla iqtisadiyyatı inkişaf etdirən ölkədə infliyasiya, işsizlik azalır, amma bu, nəticə ən yaxşıhalda iki il çəkir.
- Bəs Rusiya tab gətirə biləcək?
- Müharibə bir il- il yarım davam etsə də, Rusiya dözəcək. Hərçənd sosial problemlər artır. Əhalinin 90-95 faizi bu problemləri hiss edəcək. Rusiyanın iqtisadi- maliyyə siyasəti rus rublunun məzənnəsinin 100 dolara yaxın saxlanmasını nəzərəd tutur. Bu məzənnə ilə iqtisadiyyatı hələlik işlək formada saxlamaq mümkün olacaq.
- Rusiya nəyin hesabına dözür?
- Rusiya iqtisadiyyatının müharibəyə dözməyinin əsas səbəblərindən biri də dünyanın yeraltı, yerüstü sərvətlərinin 40 faizinə malik olmasıdır. Daha çox bu amilin hesabına Rusiya dözür. Rusiyanın ÜDM-si 1, 9 trilyon dollardır. ABŞ-nin Kaliforniya ştatının ÜDM-si isə 2.3 trilyon dollardır. Amma Rusiya dözəcək.
- Qərb ölkələrində durum necədir?
- Qərb ölkələrində vəziyyət yaxşı deyil. Qərbin ən böyük problemi inflyasiyadr. Avropa ölkələrində infliyasiya 4-5 faizdən aşağı düşmür. ABŞ-də isə bu rəqəm 3 faizə yaxındır. Halbuki bir neçə il əvvəl bu rəqəmlər daha aşağı idi. İnfliyasiyanın artmasının əsas səbəblərindən biri tətbiq olunan sanksiyaların Qərb ölkələrinin özünə təsir etməsidir. Bu, enerji resurslarının azalması və qiymətinin artması ilə bağlıdır. Eyni zamanda hərbi xərclər artıb. ABŞ Prezidenti Donald Tramp aqressiv şəkildə təlb edir ki, Avropa hərbi xərcləri ÜDM-nin 5 faizinə qədər qaldırsın. Rusiya kimi Qərb ölkələrinin də iqtisadi artımında problem var. Almaniya istehsal qüvvəsinin iyirmi faizini itirib. Minlərlə zavod, fabrik bağlanıb. Onlar enerjinin bahalaşmasına, infliyasiyaya dözmür. İtaliyada da vəziyyət çox pisdir, iqtisadi artım demək olar yoxdur. Fransada hər gün insanlar müxtəlif tələblərlə aksiya keçirir. Təsadüfi deyil ki, hökumət tz- tez dəyişir. Hətta bu proseslər dünyanın ən varlı ölkələrindən biri olan İsveçrəyə də təsir edib.
- Bu yaxınlarda Tramp Avropadan Rusiyadan enerji alınmasını dayandırmağı tələb etdi. Bu baş versə, nələr dəyişəcək?
- Tramp Avropaya ciddi şəkildə təzyiq göstərir ki, Rusiya enerjisindən imtina etsin. Bu, o deməkdir ki, ABŞ qazı satılacaq və Vaşinqton udacaq. Bu isə infliyasiyaya təsir edəcək və əhalinin yoxsul təbəqəyə yaxınlaşmasına səbəb olacaq. Eyni zamanda miqrantlarla bağlı problem yaracaq. Avropa istəyirdi ki, 2027-ci ilə qədər Rusiyadan gələn qazı tədricən azaltsın və 2028-ci ildə tam imtina edilsin. Bu, çətin məsələdir. Ən azından ona görə ki, bu gün Ukraynaya gedən neftin mənbəyi də Rusiyadır. Sadəcə olaraq neft Hindistana satılır, orada emal olunur və ərəb ölkələrinin şirkətləri onu Ukraynaya satır.
- Bəs proseslər Azərbaycana necə təsir edəcək?
- Azərbaycan tam olmasa da, qismən bu tələbatı ödəyə bilər. Həcm 25 milyard qədər arta bilər. Dost ölkələrə enerji real qiymətlərlə satılacaq. Yəni dost ölkələr ikiqat ucuz qaz ala bilərlər. Avropanın 600 milyard kubmetr illik sərfiyyatı var. Azərbaycan 14 milyard kubmetr qədər bu tələbatı qarşılayır. Əgər Avropa ABŞ qazını almalı olsa, bu məhsulu bütün dünyada bahalaşdıracaq. Biz 2027-2028-ci ilə qədər qaz ixracını ikiqat artıracağıq. Avropaya da qaz ixracını iki qat artıra bilərik. Bu, bizim üçün sərfəlidir. Avropada Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı arta bilər. Rusiya Avropanı 35-40 faiz qazla təmin edirdi. Bu, böyük rəqəmdir. Azərbaycan bu məsələdə rahat şəkildə öz töhfəsini verə biləcək.
- Şərqi Avropadakı savaş hələ dayanana oxşamır. Bu dünya üçün nə vəd edir?
- Müharibəyə son qoyulmalıdır. Savaş bütün ölkələrə təsir edir. Bütün ölkələrdə bahalaşma və infliyasiya müşahidə olunur. Müharibə nə qədər tez qurtarsa, insanlar üçün o qədər xeyirlidir. ABŞ-nin özündə də həyat səviyyəsi aşağı düşür, insanların narazılığı artır. Artıq ən nəhəng kampaniyalar da insanları kütləvi şəkildə işdən çıxarır.
Kənan Novruzov
17:27 06.09.2025
Oxunuş sayı: 1479
