ABŞ ilə gərginlik fonunda İran Venesuelanı dronlarla təchiz edir

ABŞ ilə Venesuela arasında artan hərbi gərginlik fonunda İran-Venesuela hərbi əməkdaşlığı yenidən beynəlxalq diqqətə səbəb olub. Amerikanın nüfuzlu “Miami Herald” qəzetinin məlumatına görə, Venesuela hazırda İran istehsalı olan "Shahed" pilotsuz uçuş aparatları (PUA) ilə təchiz olunur.
Crossmedia.az xəbər verir ki, Venesuela Cənubi Amerikada silahlı dronlardan istifadə edən ilk ölkədir və bu, təxminən 20 il öncə İranla başlanan gizli hərbi əməkdaşlığın nəticəsidir.
Ekspertlər bildirirlər ki, İranın Cənubi Amerikada — xüsusilə ABŞ-ın qapısında yerləşən Venesuelada — hərbi təsirini artırması Vaşinqton üçün ciddi strateji narahatlıq doğurur. Eyni zamanda, Tehran bu əməkdaşlığı sanksiyalarla üz-üzə qalan iki ölkə arasında həmrəylik və texnoloji mübadilə modeli kimi təqdim edir.
21:56 04.09.2025
Oxunuş sayı: 833