Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub


Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, İ.Babuşkin Azərbaycanın Həştərxan vilayətinin əsas tərəfdaşlarından biri olduğunu qeyd edib. Bu ilin altı ayında Azərbaycana balıq ixracı 5 faiz artıb, tərəvəz və un məhsullarının həcmi çoxalır. Tərəflər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi yolu ilə ticarət həcminin daha da artırılmasını ən mühüm vəzifə hesab edirlər.
İqtisadi əməkdaşlıqla yanaşı, mədəni əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirilib. Hərtərəfli əməkdaşlığın inkişafı və tərəfdaşlıq, qarşılıqlı faydalı şərtlərlə birgə layihələrin həyata keçirilməsi istiqamətində tərəflərin birgə işi davam etdirməyə hazır olduqları vurğulanıb.
13:52 22.08.2025
Oxunuş sayı: 1535