Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi qaydası hazırlanacaq

Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi qaydası hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Beş ay müddətində:
-Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanması, istifadə edilməsi və uçotunun aparılması qaydasını;
-hədəf göstəricilərinin müəyyən edilməsi qaydasını;
üç ay müddətində vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydalarını.
17:30 04.08.2025
Oxunuş sayı: 839