Azərbaycanda 8 ayda orta illik inflyasiya 5,7 % olub
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda orta illik inflyasiya 5,7 faiz təşkil edib.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
İnflyasiyanın əsas göstəricilərindəki dəyişikliklər ölkədə qiymətlərin ümumi səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə artdığını göstərir.
11:13 09.09.2026
Oxunuş sayı: 48