Vaydel Almaniyanın Aİ-yə ödənişlərini azaltmağı tələb etdi
Almaniyanın “Alternativ für Deutschland” (AfD) partiyasının lideri Alisa Vaydel ölkəsinin Avropa İttifaqına ödənişlərini əhəmiyyətli dərəcədə azaltmalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Alisa Vaydel bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Almaniyadan hər həftə Brüsselə təxminən 1 milyard avro vəsait köçürülür, ölkəyə isə bunun yalnız kiçik bir hissəsi geri qayıdır.
Vaydel Almaniyanın Aİ büdcəsinə töhfələrinə yenidən baxılmasının vacibliyini vurğulayaraq, ölkəsinin ödədiyi vəsaitin daha böyük hissəsinin geri qaytarılmasını tələb edib.
13:57 09.09.2026
Oxunuş sayı: 50