Ərdoğan: İsrail hücumları region üçün təhlükədir, Türkiyə Suriya xalqının yanındadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya keçid dövrü prezidenti Əhməd əş-Şaaranın arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Ərdoğan İsrailin hücumlarının yolverilməz olduğunu və bu hücumların bütövlükdə region üçün ciddi təhlükə yaratdığını vurğulayıb. O, Ankaranın Suriyanın ərazi bütövlüyü və xalqının rifahı naminə dəstəyini davam etdirəcəyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Ərdoğan həmçinin Suriyada druz icması ilə əldə edilən atəşkəsi müsbət qiymətləndirərək, bunu bölgədə sabitliyin təmin olunması baxımından önəmli addım kimi dəyərləndirib.
Əhməd Əş-Şərrə isə Türkiyəyə Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyinə verdiyi dəstəyə görə təşəkkür edib.
Fidan Qarayeva
19:33 17.07.2025
Oxunuş sayı: 763