Rusiyalı müğənnilər bu ilki Dream Fest-dən çıxarıldı

Bakıda ənənəvi olaraq təşkil olunan və əvvəlki illərdə “Жара” adı ilə tanınan Dream Fest musiqi festivalı bu il rusiyalı sənətçilərin iştirakı olmadan baş tutacaq.
Crossmedia.az xəbər verir ki, tədbirin təşkilatçılarından olan Xalq artisti Emin Ağalarov bildirib ki, builki proqramda ciddi dəyişikliklər olacaq.
O, bu qərarın Azərbaycan Mədəniyyət Nazirliyinin tələbi ilə verildiyini bildirib.
Qeyd edək ki, bu qərar nəticəsində Dream Fest festivalında iştirak etməli olan bir sıra tanınmış rusiyalı sənətçilər tədbirdən kənarda qalıb. Onların arasında Mot, Timati, Alsu, “Ruki Vverx!”, Ani Lorak, Yeqor Krid, Klava Koka, Alyona Apina və İrina Dubtsova kimi adlar var. Mədəniyyət Nazirliyinin mövqeyi yalnız Dream Fest-lə məhdudlaşmır – bu qərar Rusiyadan olan sənətçilərlə bağlı bütün tədbirləri əhatə edir.
Fidan Qarayeva
16:55 11.07.2025
Oxunuş sayı: 866