Hraparak: Sülh müqaviləsi dekabrda imzalanacaq

"İlham Əliyevlə görüşdən sonra rəsmi İrəvan 5 saatlıq danışıqların nəticələri ilə bağlı konkret məlumat açıqlamasa da, Azərbaycan KİV-ləri baş verənləri məxfilikdən çıxarıb".
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Nəşr qeyd edib ki, sülh sazişi razılaşdırılıb, tərəflər Zəngəzur dəhlizi ilə bağlı razılığa gəliblər.
"Yeri gəlmişkən, ötən gün Ermənistan xarici işlər nazirinin müavini də bəyan edib ki, Ermənistan yollara nəzarətin üçüncü tərəfə verilməsinə qarşı deyil. Müqavilənin özü isə dekabrda imzalanacaq", - deyə KİV bildirib.
Müəllif vurğulayıb ki, Ermənistanda Paşinyanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməlləri, xüsusən də Daşnaksütun təşkilatının üzvlərinin həbsi buna hesablanıb.
"Sülh müqaviləsinin razılaşdırılmış bəndlərindən biri də odur ki, tərəflər öz dövlətləri daxilində qarşı tərəfə qarşı separatçı bəyanatlar verən qruplara qarşı mübarizə aparmalıdırlar. Yəni Ermənistanda İlham Əliyevi və Azərbaycanı, eləcə də Paşinyanı tənqid edən müxalifət partiyaları və ya şəxslər olmamalıdır. Hər kəs ona Paşinyan kimi hörmət etməli, onu savadlı insan hesab etməlidir. Bizə dedilər ki, hədəf Daşnaksütun təşkilatı, sonra Ermənistan Respublikaçılar Partiyasıdır", - deyə nəşr əlavə edib.
14:50 11.07.2025
Oxunuş sayı: 898