Viktor Orban: “Ukrayna və Avropa İttifaqı bu müharibədə çoxdan məğlub olub”

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin dövlət radiosuna müsahibəsində bildirib ki, Ukrayna və Avropa İttifaqı Rusiya ilə müharibədə “çoxdan məğlub olub”, lakin Brüssel bu reallığı qəbul etmək istəmir və hərbi, maliyyə yardımları ilə hələ də Ukraynanın qələbə qazana biləcəyinə ümid edir.
Crossmedia.az bildirir ki, Orbanın sözlərinə görə, Ukrayna münaqişəsi Avropa İttifaqının savaşı olmayıb və İttifaqın bu qarşıdurmaya bu qədər qarışması ciddi siyasi səhvdir. O bildirib ki, hazırda yeganə real çıxış yolu sülh danışıqlarıdır.
“Əgər bu müharibə bizim deyilsə, biz niyə onun bütün yükünü daşımalıyıq?” – deyə Macarıstan hökumət başçısı vurğulayıb.
Fidan Xəlilova
14:08 11.07.2025
Oxunuş sayı: 937