İranın dövlət televiziyası Trampın qətlinə çağırış edir

ABŞ prezidenti Donald Trampa qarşı İran tərəfindən yönəlmiş ölüm çağırışları yenidən beynəlxalq gündəmdədir.
Crossmedia.az xəbər verir ki, "Fox News" kanalı məlumata yayıb.
İranın dövlət televiziyası -IRIB Trampa qarşı sui-qəsdin maliyyələşdirilməsi üçün ianə toplamağa başlayıb və onun başına 10-20 milyon dollar mükafat vəd edən proqramlar yayımlayıb.
Bu çağırışların SEPAH-ın ABŞ və digər Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalara cavab olaraq verildiyi bildirilir. İran rəsmiləri dəfələrlə ABŞ-ni, xüsusilə Tramp administrasiyasını, Qasım Süleymaninin 2020-ci ildə Bağdadda dron hücumu ilə qətlə yetirilməsinə görə məsuliyyət daşımaqda günahlandırıblar.
“Nüvə Silahlı İrana qarşı Birlik” təşkilatı da bəyanatla çıxış edib. Qurum İran dövlət televiziyasının bu tip proqramları yayımlamasını açıq-aşkar terrora çağırış kimi qiymətləndirib və IRIB-ə qarşı antiterror sanksiyalarının tətbiqini tələb edib.
13:30 11.07.2025
Oxunuş sayı: 979