Ramzan Kadırov AZAL-ın qəzaya uğramış təyyarəsinin sağ qalan ekipaj üzvlərini təltif etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov keçən ilin dekabrında Bakı-Qroznı istiqamətində uçan və Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus Embraer 190 təyyarəsinin sağ qalan ekipaj üzvlərini təltif etmək qərarına gəlib.
Crossmedia.az bildirir ki, qəza zamanı qeyri-adi cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən bələdçilər — Zülfuqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikasına Xidmətlərə görə” medalı ilə təltif olunacaq. Qroznıda aviaqəza qurbanlarının xatirəsinə xatirə lövhəsi qoyulacaq.
Ramzan Kadırov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına bir daha başsağlığı verib.
Mehriban Yariyeva
14:37 09.07.2025
Oxunuş sayı: 1392