Rusiya Ukraynaya hücumda yeni rekorda imza atıb

Rusiya Ukraynaya hücumda yeni rekorda imza atıb - 3,5 illik müharibənin ən böyük və ən kütləvi hava hücumu dünən gecə baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya 728 kamikadze pilotsuz uçuş aparatı və 13 raket ilə Ukraynada 741 məntəqəyə zərbələr endirib.
Ukrayna tərəfi 300-dən çox Şahid/Geran tipli kamikadze dronunu vurduğunu desə də Lutskda, həmçinin Dnepr, Jitomir, Kiyev, Kirovoqrad, Nikolayev, Sumı, Xarkov, Xmelnitski, Çerkassı və Çerniqovda çox saylı partlayışlar və yanğınlar baş verib.
12:48 09.07.2025
Oxunuş sayı: 684