İsrail mediası: İran Hayfa neftayırma zavodunu raket hücumları ilə dağıdıb

İsrailin “Israel Defense” nəşri xəbər verir ki, Hayfa şəhərində yerləşən strateji neftayırma zavodu İranın raket hücumları nəticəsində ciddi ziyan görüb. Zavodun infrastrukturuna dəyən zərər onu təcili şəkildə bərpa etməyi zəruri edib.
Crossmedia.az bildirir ki, İsrail Nazirlər Kabineti hadisədən sonra zavodun yenidən qurulması üçün göstəriş verib. Hayfa limanı yaxınlığında yerləşən bu neft emalı zavodu İsrailin enerji təminatında önəmli rol oynayır və illik milyonlarla barrel neft emal gücünə malikdir.
11:26 09.07.2025
Oxunuş sayı: 741