Trampın Ukraynaya silah yardımı qərarı onun tərəfdar olması anlamına gəlmir – The Economist

ABŞ-nin prezidenti Donald Trampın Ukraynaya silah tədarükünü bərpa etməsi onun birdən-birə Kiyevin açıq tərəfdarına çevrildiyini göstərmir. Bu barədə The Economist jurnalı öz son analizində yazıb. Nəşrin qənaətinə görə, Trampın bu qərarı daha çox strateji ehtiyaclar və daxili siyasi maraqlarla bağlıdır, nəinki Ukraynaya sadiqliklə.
Crossmedia.az bildirir ki, The Economist Trampın atdığı addımı Co Bayden administrasiyasının yardım siyasətində yaratdığı boşluğun qismən doldurulması kimi qiymətləndirir. Bayden dövründə Ukraynaya dəstək addım-addım azaldıldığı halda, Tramp bu yardımı qismən bərpa etməklə balans yaratmağa çalışır. Lakin Tramp Ukraynanın qələbəsi üçün daha çox maliyyə ayırmaq niyyətində deyil.
Jurnal vurğulayır ki, Tramp Ukraynanın məğlubiyyətini öz prezidentliyi dövründə baş verəcək bir uğursuzluq kimi görmək istəmir. O, eyni zamanda anlayır ki, Ukraynanın süqutu ABŞ üçün ciddi geosiyasi fəlakət ola bilər – bu fəlakətin nəticələri 2021-ci ildə Əfqanıstanın Talibanın nəzarətinə keçməsindən belə daha ağır ola bilər. Nəşrə görə, Trampın mövqeyi onun həm beynəlxalq nüfuzunu qorumaq, həm də seçki öncəsi daxili auditoriyanı itirməmək məqsədinə xidmət edir.
10:22 09.07.2025
Oxunuş sayı: 850