Çin İrana raket sistemləri ötürülməsi iddialarını təkzib etdi

Pekin rəsmiləri, İsraillə atəşkəsdən sonra Çinin İrana qabaqcıl zenit-raket sistemləri (SAM) ötürdüyü barədə yayılan xəbərləri təkzib edib. Çinin İsraildəki səfirliyi bu məlumatları “yanlış və əsassız” adlandıraraq rəsmi açıqlama yayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Səfirlik vurğulayıb ki, Çin kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin yayılmasına qəti şəkildə qarşı çıxır. Eyni zamanda qeyd olunub ki, Pekin hərbi məhsulların ixracına ciddi nəzarət edir və beynəlxalq qaydalara riayət edir.
Rəsmi Pekin əlavə edib ki, müharibə vəziyyətində olan ölkələrə silah ixracı həyata keçirilmir və Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq bu məsələdə məsuliyyətli və prinsipial mövqe tutur.
09:56 09.07.2025
Oxunuş sayı: 856