Beynəlxalq Türk Akademiyası ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə görüşüb.
Görüş zamanı Türk Akademiyası ilə universitet arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tərəflər birgə elmi layihələrin və akademik təşəbbüslərin həyata keçirilməsini qiymətləndiriblər.
Bundan əlavə, 2025-ci ilin oktyabr ayında Beynəlxalq Türk Akademiyası, BDU və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək “Türk dünyasında süni intellektdə etika” adlı simpoziuma hazırlıq məsələləri müzakirə edilib.
Görüşün sonunda akademik Şahin Mustafayev elmi əlaqələrin gücləndirilməsi məqsədilə Türk Akademiyasının 2025-ci ildə çapdan çıxmış yeni nəşrlərini universitetin kitabxanasına hədiyyə edib.
15:30 08.07.2025
Oxunuş sayı: 766