"Əraziləri minalardan təmizləmək vaxt alacaq" - ANAMA əməkdaşı

"Əraziləri təmizləmək vaxt alacaq. Meşəlik ərazi minaların aşkarlanmasını çətinləşdirir".
Crossmedia.az-ın siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfəri ilə bağlı əraziyə ezam olunan əməkdaşının məlumatına görə bunu Horadiz şəhərində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Habil Babayev deyib.
"Düşmən uzun illər ərazini ciddi şəkildə minalayıb. Buna baxmayaq, biz işlərimizi uğurla davam etdiririk",- o bildirib.
Beləliklə, siyasi partiya nümayəndələrinin birgə səfəri mina terrorunu yenidən gündəmə gətirmiş oldu.
Kənan Novruzov
11:46 03.06.2025
Oxunuş sayı: 1565