Bakıda Fransa müstəmləkəçiliyi əleyhinə beynəlxalq elmi konfrans keçirilir



Bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Crossmedia.az-ın xəbərinə görə, konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri Fransanın keçmiş və hazırkı müstəmləkələrində faəliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar iştirak edirlər.
Tədbirdə müstəmləkəçilik siyasətinin ağır nəticələrinin, kolonial dövlətlərin əsarət altındakı xalqlara qarşı həyata keçirdikləri ayrı-seçkilik və assimilyasiya siyasətinin, neokolonializmin siyasi, iqtisadi və mədəni təsirlərinin, milli kimliyin məqsədli şəkildə silinməsi cəhdlərinin elmi-metodoloji yanaşmalar əsasında təhlil olunması müzakirə edilir.
Aybəniz Səfərova,
Fatimə Nəbiyeva
09:34 03.06.2025
Oxunuş sayı: 4352