Türkiyə ikinci dəfə silkələndi

Türkiyənin Adana vilayətinin Kozan rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar mayın 29-u Bakı vaxtı ilə saat 21:32-də qeydə alınıb.
Zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, təkanlar nəticəsində dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Xatırladaq ki, bu gün Türkiyənin Bingöl vilayətində də 4,3 bal gücündə zəlzələ baş vermişdi.
Aybəniz Səfərova
22:18 29.05.2025
Oxunuş sayı: 1217