Deputat: "Ulu Öndərin əsas məqsədlərindən biri vətəndaşların mənzil təminatı idi"

“2022─2026-cı il Milli Fəaliyyət Planı”nda tikinti sferasında mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Bakı şəhərinin mənzil fonduna dair keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, sənədin 4-cü prioritet istiqaməti-dövlət xidmətlərinin monitorinqi və ictimai rəyin öyrənilməsi Sosial Tədqiqatlar Mərkəzinin üzərinə düşür: "Ulu öndər Heydər Əliyevin 1970-ci illərdən uzaqgörən məqsədlərindən biri əhalinin mənzillə təminatı, ölkə üzrə hər 5 ildə mənzil sayını iki dəfə artırmağa nail olmaq, kooperativ tikililər hərəkatını genişləndirmək təşkil edib. Bakının Yeni Əhmədli, Günəşli, Yeni Yasamal, 9-cu mikrorayonlar kimi iri yaşayış massivləri elə həmin siyasətin nəticəsi idi".
Həmayıl Şükürlü
14:33 19.05.2025
Oxunuş sayı: 425