İstanbulda zəlzələ baş verdi

İstanbulun Silivri rayonu sahillərində 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 21:46-da, təxminən 10 kilometr dərinlikdə baş verib.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Aybəniz Səfərova
22:35 13.05.2025
Oxunuş sayı: 847