Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq.
Crossmedia.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda yarımfinalda Rumıniya millisi ilə qarşılaşıb.
Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan komandası üçüncü yer uğrunda görüşdə Macarıstan millisi ilə üz-üzə gələcək. Macarıstan yığması yarımfinalda Serbiyaya 0:5 hesabı ilə məğlub olub.
Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.
16:02 16.10.2026
Oxunuş sayı: 50