Liviyada silahlı qarşıdurma yaranıb

Liviya Prezident Şurasının Sabitliyə Dəstək Xidmətinin rəhbəri Əbdülqəni əl-Kakulinin öldürülməsindən sonra Tripolidə şiddətli silahlı toqquşmaların baş verdiyi müşahidə olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, vətəndaşlardan evlərində qalmaları istənilir, xəstəxanalar fövqəladə vəziyyətə gətirilib, təhsil mərkəzləri bağlı elan edilib.
11:36 13.05.2025
Oxunuş sayı: 822