Amerikalı senator: “Tehranla razılaşma nüvə proqramının tamamilə ləğvini ehtiva etməlidir”

Dünən Respublikaçı senator Ted Kruz “Fox News”a deyib ki, İranla istənilən razılaşma ölkənin nüvə proqramının tamamilə ləğvini təmin etməlidir.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İranı etibarsız adlandıran Kruz bildirib ki, ABŞ-nin məqsədi Tehranın nüvə proqramının ləğvi və sentrifuqaların quraşdırılmasıdır.
“Ayətullahların enerji istehsal etmək üçün urana ehtiyacı yoxdur. İran neft dənizindədir”, - deyə, senator vurğulayıb.
11:20 13.05.2025
Oxunuş sayı: 596