Üç günlük tətilin son günündə Bakı yollarında sıxlıq: “yaşıl dalğa” rejimi tətbiq edilir

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət intensivliyini artırmaq üçün mərkəzi küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq etməklə yanaşı, yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Hal-hazırda yollardakı vəziyyət:
22:56 11.05.2025
Oxunuş sayı: 1059