ŞKTC Prezidenti Azərbaycan alimlərini qəbul edib



Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Lefkoşada tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimini qəbul edib.
Crosssmeia.az AZƏRTAC istinadən xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarından ibarət qrup Kipr-Azərbaycan Dostluq Cəmiyyətinin dəvəti ilə Lefkoşada səfərdədir.
ŞKTC lideri “Bir millət, üç dövlət” prinsipi əsasında inkişaf edən Azərbaycan-Türkiyə-ŞKTC əlaqələrindən məmnunluğunu ifadə edib.
Ersin Tatar Azərbaycanı “qardaş dövlət” adlandırıb, Lefkoşaya yaxınlıq və dəstəyə görə rəsmi Bakıya və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Siyasətçi türk xalqları arasında tarixi-mədəni əlaqələrin sarsılmaz olduğunu qeyd edib. “Biz Azərbaycan xalqının əsl qardaşlarıyıq. Xalqlarımızı ortaq dil, din və mədəniyyət birləşdirir: Mən dost Azərbaycanın hər bir sakinini salamlamaq istərdim”, -deyə E. Tatar bildirib.
18:35 30.04.2025
Oxunuş sayı: 753