Erik Trampdan sistemə sərt mesajlar: ABŞ-da yeni kripto erası?

ABŞ-ın prezidenti Donald Trampın oğlu Erik Tramp, kriptovalyuta və blokçeyn texnologiyalarının gələcəyin əsas maliyyə alətləri olduğunu bildirib. Onun sözlərinə görə, ənənəvi bank sistemləri bu dəyişikliklərə uyğunlaşmasa, yaxın 10 ildə sıradan çıxa bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
Erik Tramp müasir bank sistemini "yavaş və bahalı" adlandıraraq, blokçeyn texnologiyasının daha sürətli, ucuz və effektiv alternativ təklif etdiyini vurğulayıb. O, ABŞ-da ipoteka krediti alma prosesinin 90 gün çəkdiyini və bu müddətin dövrün tələblərinə uyğun olmadığını deyib.
Tramp həmçinin bildirib ki, atasının rəhbərlik etdiyi yeni administrasiya kriptovalyuta sektoruna şəffaf və məntiqli tənzimləmə gətirəcək. Onun fikrincə, bu yanaşma ABŞ-ın kriptovalyuta sahəsində qlobal liderliyini təmin edə bilər.
Erik Tramp eyni zamanda Elon Maskın innovasiyaların təşviqində və texnoloji inkişafda yeni administrasiyada mühüm rol oynayacağını da qeyd edib. O, kriptovalyutanın inkişafı ilə bağlı nikbin olduğunu və bu sahədə uğurlu inkişaf üçün hüquqi çərçivənin vacibliyini vurğulayıb.
Nigar Rəhimova
17:15 30.04.2025
Oxunuş sayı: 819