Deputat ADNA-daki terrordan danışdı: "Brüsseldə bizə dedilər ki..."

2009-cu il aprelin 30-da Azərbaycan
Dövlət Neft Akademiyasında törədilmiş terror aktının 16-cı ildönümüdür. Həmin Silahlı
şəxs universitetin ikinci korpusuna daxil olaraq 12 nəfəri qətlə yetirib, 13 nəfəri
yaralayıb. Cinayətkar özünü öldürüb, digər təqsirlilər cəzalandırılıb.
Prezident tərəfindən zərərçəkənlərə maddi yardım göstərilib. Hadisənin xatirəsinə
barelyef ucaldılıb, sənədli film çəkilib və hər il anım tədbirləri keçirilir.
Milli Məclisin deputatı Elman Nəsirov
həmin terror aktı və Dövlət Təhlükəsizlik
Xidmətinin oxşar təhdidlərə qarşı mübarizəsi barədə Crossmedia.az-a danışıb:
"Törədilmiş terror aktından 16
il ötür. O zaman bu hadisə həm ölkə daxilində, həm də kənarda rezonans
doğurdu. Bu hadisə terror aktı idi. Azərbaycan
terrorun nə olduğunu yaxşı bilir.Elə xalqlar var ki, belə hadisələri kitablardan oxuyub nəzəri baxımdan bilirlər, amma Azərbaycan
xalqı uzun müddət erməni terrorunun qurbanı olub. Bu gün böyük qürur hissi ilə
deyə bilərəm ki, son 16 il ərzində ölkəmizin daxilində belə oxşar, dəhşətli və
fəlakətli hadisə baş verməyib. Ölkəmizin
xüsusi xidmət orqanları – Dövlət Təhlükəsizlik Xidməti öz vəzifə borcunu şərəflə yerinə yetirir.
Dövlət Təhlükəsizlik Xidmətində rəhbərlikdən tutmuş sıravi əməkdaşlara qədər hər
biri vətənpərvər və peşəkardır. İş peşəkara tapşırılanda, təbii ki, nəticə də
yüksək olur. Bu gün hər bir vətəndaş fərqindədir ki, Dövlət təhlükəsizlik Xidməti
hər bir vətəndaşın, cəmiyyətin keşiyində dayanır, onu təhdidlərdən və terror
hücumlarından qoruyur. Azərbaycan vətəndaşı sərbəst və azad şəkildə gəzə
bilir".
Deputat bu sözləri təsadüfən yox ,
qarşılaşdığı hadisə nəticəsində dediyini bildirib: “İki il əvvəl həm
Avropa İttifaqının, həm də NATO-nun hərbi qərargahının yerləşdiyi Brüsseldə
olarkən nümayəndə heyətinə dedilər ki, axşam saat 10-dan sonra çöldə qalmayın,
otelə qayıdın. Soruşduq: “Səbəb nədir”? Dedilər ki, istənilən an terror aktının
hədəfi ola bilərsiniz. O zaman biz öz ölkəmizdəki dəyərlərimizi bir daha qiymətləndirdik.
Azərbaycanda, paytaxt Bakıda, səhərə qədər rahat gəzmək mümkündür. Heç bir
terror təhlükəsindən söhbət gedə bilməz. Azərbaycan polisi yerindədir, Dövlət Təhlükəsizlik
Xidməti yerindədir və hər biri öz peşəsini şərəflə yerinə yetirir. NATO-nun hərbi
qərargahının yerləşdiyi ölkədə bu cür xəbərdarlıq edilir. Biz isə bu gün öz təhlükəsizlik
xidmətimizlə fəxr edirik. Preventiv addımlar nəticəsində ölkəmizdə bütün bu təhlükələrin
qarşısı alınır".
Son olaraq E.Nəsirov Azərbaycan ərazisinin bu səyləri və təhlükəsizlik nəticəsində azad və təhlükəsiz olduğunu qeyd edib.
Nigar Rəhimova
16:00 30.04.2025
Oxunuş sayı: 1459