İtaliyanın baş naziri: "Tramp-Zelenski danışıqları çox önəmlidir"

İtaliyanın baş naziri Corce Meloni bildirib ki, Roma Papası Fransiskonun dəfn mərasimi çərçivəsində Donald Tramp və Vladimir Zelenski arasında baş tutan danışıqlar “çox önəmli” olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Meloni, “Donald Tramp və Vladimir Zelenskinin Roma Papasının dəfn mərasimində sülhdən danışması böyük əhəmiyyət kəsb edir”,– deyə vurğulayıb.
“La Repubblica”nın yazdığına görə, İtaliya Baş naziri Corce Meloni rəsmi iqamətgahında Ukrayna Prezidenti Vlodomir Zelenski ilə bir saatlıq görüş keçirib. Görüşlə bağlı nəşrə açıqlama verən Meloni qeyd edib ki, müharibənin dayandırılması üçün “indi Moskva öz iradəsini nümayiş etdirməlidir”.
Mədinə Cəlilova
21:20 26.04.2025
Oxunuş sayı: 1145