İran XİN: “Roma danışıqların ev sahibi deyil”

Rusiyada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı Tehran-Vaşinqton danışıqlarının ikinci raundunun Romada keçirilməsi ilə bağlı danışıb. O , bu ölkənin danışıqlara ev sahibliyi etmədiyini orada yalnız müzakirələrin baş tutacağını vurğulayıb.
Bu barədə Crossmedia.az İran mediasına istinadən məlumat verir.
“İran və ABŞ arasında dolayı danışıqlara ev sahibliyi edən ölkə hələ də Oman hökumətidir və biz ev sahibinin göstərdiyi yerdə olacağıq. Vasitəçilik və dolayı əlaqə yaratmaq vəzifəsi hələ də bu ölkənin xarici işlər naziri və Oman hökumətinin üzərinə düşür”, - deyə, XİN rəhbəri vurğulayıb.
Əraqçı sonda şənbə günü Romaya gedəcəyini və dolayı danışıqların ikinci mərhələsinin başlayacağını qeyd edib.
11:00 18.04.2025
Oxunuş sayı: 839