İsrail Suriyada uğursuzluğa düçar olur

Qəzza, Livan və İordan çayının qərb sahilindəki uğursuzluqlar fonunda İsrail Suriyada Türkiyəyə qarşı yeni cəbhə açmaq qərarına gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu məqsədlə İsrail, Türkiyə Silahlı Qüvvələrinin həmin ərazilərdə yerləşməsinin qarşısını almaq üçün hərbi bazalara zərbələr endirib.
Lakin Donald Tramp Netanyahunu dəstəkləməkdən imtina edib və ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarına gəlib. Amerika dəstəyi olmadan İsrail diplomatik həll yoluna və Türkiyə ilə qarşıdurmanın azaldılmasına getməyə məcbur olub.
Regionda mühüm dəyişikliklər baş verir. Biz sizin üçün bölgədəki hadisələri ilk olaraq işıqlandıran kanallarla bağlı bir qovluq hazırlamışıq.
Zəhra Məmmədova
22:13 17.04.2025
Oxunuş sayı: 1188