Aramsız yağış səbəbindən bu yol bağlandı

Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.
Crossmedia.az xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.
Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.
Problem səhər saatlarından davam edir.
21:41 16.04.2025
Oxunuş sayı: 1304