Avstraliyanın ilk Azərbaycan musiqi qrupu Sidneydə konsert verib

Avstraliya İttifaqında fəaliyyət göstərən ilk Azərbaycan musiqi qrupu “AYTAY” Sidney şəhərində konsert proqramı ilə çıxış edib.
Crossmedia.az xəbər verir ki, konsertdə Azərbaycanın tanınmış bəstəkarlarının musiqiləri səsləndirilib, Əməkdar artist Sevinc Hüseynlinin ifasında milli rəqslər təqdim olunub.
Tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov, həmçinin Sidney, Kanberra, Melburn və Brisben şəhərlərindən gələn diaspor nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “AYTAY” musiqi qrupunun əsası 2017-ci ildə güneyli soydaşımız Aslan Şərifi tərəfindən qoyulub. 2024-cü ildən etibarən qrup Brisben və Melburn şəhərlərində də konsert proqramları təşkil edib.
19:36 16.04.2025
Oxunuş sayı: 1238