Fransadakı Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstərilib

Fransadakı Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstərilib. Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X”də yazıb.
“Fransanın Bordeaux şəhərində yaşayan həmvətənlərimizlə görüş keçirdik, maraqlı fikir mübadiləsi apardıq. Həmvətənlərimizin Azərbaycan dili, mədəniyyəti, ənənələrini yaşatmaq, bu dəyərləri təşviq etmək istəyi təqdirəlayiqdir. Həmvətəndaşlarımıza səyyar konsulluq xidməti göstərildi”, - o bildirib.
05:13 13.04.2025
Oxunuş sayı: 1068