Deputat: "Prezident bu mövzunun daha ciddi müzakirəsini təklif edir"

Aprelin 9-da ADA-da "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev həm daxili, həm də beynəlxalq ictimaiyyət üçün çox mühüm mesajlar verdi. Dövlət başçısı həmçinin söylədi ki, ABŞ-nin beynəlxalq təşkilatlarından söz açıb. Prezident xüsusilə USAID-nin korrupsiyaya uğradığını və bu təşkilatın fəaliyyətinin zərərli olduğunu bildirib. Ölkə lideri, həmçinin “Azadlıq”, “Amerikanın səsi” kimi radioların fəaliyyətinin dayandırıldığını qeyd edib, lakin bununla kifayətlənmədiyini vurğulayıb. O, daha çox siyasi təşkilatların fəaliyyətinin dayandırılmasının vacibliyini qeyd edib.
Prezidentin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, həmin tezislər adı çəkilən qurumların bilavasitə korrupsiyaya uğraması ilə bağlıdır: "Həmin təşkilatlar fəaliyyətlərində ədalət, insan haqları, korrupsiyaya qarşı mübarizəni əsas götürdüklərini deyirlər. Halbuki özləri ən ciddi korrupsioner təşkilata çevriliblər. Xüsusilə də siyasi sifarişlə onlara uyğun gəlməyən ölkələri hədəfə alırlar. Biz bunu İkinci Qarabağ savaşında da gördük. Qarşı tərəfin hansısa obyektiv açıqlamasına rast gəlmədik. Prezident əslində bu məqama diqqət çəkməklə mövzunun daha ciddi müzakirəsini təklif edir".
F. Mustafa prezidentin bu mövqeyini kifayət qədər yerində və məkan olaraq doğru seçilmiş bir mövqe kimi qiymətləndirdiyini vurğulayıb: "Məhz bu cür çağırışlar belə təşkilatların, artıq dünya arenasında, beynəlxalq meydanda mövcudluğunun gərəksiz olduğunu müzakirəyə çıxartmağa təşviq edir. Məncə, bu məsələyə bir az bu formada yanaşmamız daha məqsədəuyğundur və bu istiqamətdə də təbliğat işlərimiz gücləndirilməlidir. Beləliklə, göstərməliyik ki, bu qurumlar özlərinin fəaliyyəti ilə heç bir insan haqları və yaxud da korrupsiya mövzusunda dəstək verəcək imkana sahib deyillər və belə niyyətləri də yoxdur".
Fatimə Məmmədova
15:34 11.04.2025
Oxunuş sayı: 1577